AZ

Ermənistan xalqı sülhü seçməlidir Paşinyan

ain.az, Unikal.az portalına istinadən məlumat verir.

"2026-cı il dünya üçün həlledici olacaq, çünki Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək. Bu, iyun ayında baş tutacaq".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Milli Assambleyada “Ermənistan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Ermənistan Respublikasının xalqı sülhü müdafiə etməyi seçməlidir.

"Bu, mahiyyət etibarı ilə qarşıdan gələn seçkilərin əsas siyasi mənası və məqsədidir, ən azı hökumətin nöqteyi-nəzərindən, lakin təkcə onun nöqteyi-nəzərindən deyil. Mən vurğulamalıyam ki, bu məsələ hökumət baxımından, tarixi nöqteyi-nəzərdən və bütün mümkün digər perspektivlərdən aktualdır. Başqa sözlə, 2026-cı il parlament seçkilərinin əsas sualı və ya imperativi budur: Ermənistan Respublikasının xalqı sülhü müdafiə etməyi seçməlidir. Əks halda Ermənistan yenidən münaqişə və forpost modelinə atılacaq". 

Gülayə Mecid 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
unikal.az

1Mənbələr