Yazını böyüt
Yazını kiçilt
Tanınmış kinorejissor Gilyermo del Toro jurnalistlərlə son müsahibəsində gələcək filmlərində süni intellektdən istifadə etməkdənsə ölməyi üstün tutduğunu söyləyib.
Hafta.az xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.
"Süni intellekt, xüsusən də generativ intellekt, məni maraqlandırmır və heç vaxt maraqlandırmayacaq. Mənim 61 yaşım var və ümid edirəm ki, ölənə qədər onun istifadəsinə laqeyd qala bilərəm. O gün kimsə mənə e-poçtla sual göndərdi: "Süni intellektdən istifadə ilə bağlı mövqeyiniz nədir?" Cavabım çox qısa oldu: "Ölməyi üstün tutardım", - deyə rejissor əlavə edib.
Qeyd edək ki, del Toro karyerası ərzində üç "Oskar mükafatı qazanıb.