AZ

Ermənistan Azərbaycana tranzit yolu açdı Paşinyan marşrutu açıqladı

ain.az bildirir, Yeniavaz saytına əsaslanaraq.

“Ermənistan Azərbaycana yüklərin tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırır”.

Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin maliyyə, kredit və büdcə məsələləri komitəsində 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, bu qərar Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana qarşı analoji məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bəyanatına cavab olaraq qəbul edilib.

“Bu, Ermənistana qarşı blokadanın aradan qaldırılmasında ilk mərhələdir, lakin bizim qarşılıqlı addımlar atmağımız vacibdir. Bu gündən etibarən yük maşınlarının Marqara-Yeqnadzor-Sisian-Qoris yolu ilə Türkiyədən Azərbaycana və geriyə tranzitini təmin etməyə hazırıq”, - Paşinyan bildirib.

Onun sözlərinə görə, İrəvan hələlik bu marşrutla məhdudlaşacaq, çünki oradakı yollar və keçid məntəqələri adekvat standartdadır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
6
yeniavaz.com

9Mənbələr