AZ

The Telegraph: “Putin çevrilişdən qorxur”

AzVision.az xəbər verir ki, Böyük Britaniyanın “The Telegraph” nəşrinin məlumatına görə, qərbli analitiklər Rusiya prezidentinin narahat olması üçün getdikcə daha çox səbəblərin yarandığını iddia edirlər.

“Avropa İttifaqı (Aİ) və ABŞ yeni sanksiyalar tətbiqini davam etdirir, biznes yüksək faiz dərəcələri ilə iflic vəziyyətinə düşüb, dövlət borcu artır, əmtəə qiymətləri yüksəlir. Rusiyanın İqtisadi İnkişaf naziriMaksim Reşetnikov isə ölkə iqtisadiyyatının “resessiyanın astanasında” olduğu barədə xəbərdarlıq edir. Rosstatın məlumatına görə, müharibə başlayandan bəri inflyasiya 40%-i keçib”,- qəzet yazır.

Rusiya Maliyyə nazirliyinin proqnozuna görə, 2025-ci ildə Rusiyanın büdcə kəsiri ÜDM-in 2,6%-nə və ya 5,7 trilyon rubla çata bilər ki, bu da planlaşdırılan 0,5%-dən 5 dəfə çoxdur. Kəsiri bağlamaq üçün hökumət vergiləri artırmağa məcburdur – ƏDV dərəcəsi 2026-cı ildən başlayaraq 22%-ə yüksələcək. Eyni zamanda, hökumət daxili borclanmanı əhəmiyyətli dərəcədə artırmalıdır ki, bu da dövlət borcunun yüksəlməsinə səbəb olacaq.

- Rusiyanın neft gəlirləri azalır, benzinin qiyməti isə Ukraynanın neftayırma zavodlarını vurması səbəbindən artır. Bundan başqa, bank böhranı təhlükəsini də gözardı etmək olmaz. Hərbi müəssisələrin borcu 190 milyard dollara çatıb ki, bu da ölkənin illik büdcəsinin təxminən 37%-nə bərabərdir”, - Harvard universitetinin Rusiya və Avrasiya Tədqiqatları mərkəzinin əməkdaşı Kreyq Kennedi vurğulayıb.

Vəziyyət Çindən asılılığın artması və Qərbin sanksiyaları ilə daha da gərginləşir. ABŞ prezidenti Donald Tramp bu yaxınlarda Ukrayna ilə münaqişənin həllində irəliləyiş olmadığı üçün Rusiyanın ən böyük neft şirkətlərinə - “Rosneft” və “Lukoyl” - məhdudiyyətlər qoyub.
Nəşrin iddiasına görə, bunun ardınca Rusiya neftinin əsas alıcıları olan Çin və Hindistan idxalı azaldıblar ki, bu da Kremlin valyuta gəlirlərini azaltmaqla hədələyir.

“Bunun cavabında Putinin ətrafı Qərbin Rusiyanı parçalamağa çalışdığını göstərmək üçün müxalifəti gözdən salmaqla çıxış yolu axtarır. Bu isə, daxili qeyri-sabitlik zamanı standart taktikadır”, - qəzet Corctaun universitetinin Avrasiya, Rusiya və Şərqi Avropa Araşdırmaları mərkəzinin fəxri direktoru Ancela Stentdən sitat gətirir.

“The Telegraf” xtırladır ki, oktyabrın 14-də Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX)“YUKOS” şirkətinin keçmiş sahibi Mixail Xodorkovski və anti-müharibə komitəsinin 22 üzvünə qarşı ölkədə “konstitusiya quruluşunu dəyişdirmək” məqsədi ilə “hakimiyyətin zorakılıqla ələ keçirilməsi”planına görə cinayət işi açıb.

Londonda mühacirətdə olan Xodorkovskinin özü ittihamları müxalifəti qorxutmaq üçün hazırlanmış “yalan” adlandırıb.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
40
azvision.az

1Mənbələr