ain.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Tibb Universitetinin Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının professoru Ruxsara Həmdulla qızı Əliyeva vəfat edib.
Metbuat.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.
Qeyd edək ki, R.Əliyeva daha əvvəl “Əmək gigiyenası və peşə xəstəlikləri” Elmi Tədqiqat İnstitutunda direktor müavini, “Epidemiologiya, Mikrobiologiya və Gigiyena” Elmi Tədqiqat İnstitutunda isə laboratoriya müdiri vəzifəsində çalışıb.
O, 1994-cü ildən Azərbaycan Tibb Universiteti Əmək gigiyenası və uşaq- yeniyetmələr gigiyenası kafedrasında professor olaraq fəaliyyət göstərirdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.