AZ

Ana bətnində başlayan yeni bir həyatın sağlam şəkildə formalaşması gələcək nəsillərin sağlamlığı üçün əsasdır - SN (FOTO)

Bakı. Trend:

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiyaİnstitutunun mama-ginekoloqu Sahilə Vəliyeva Nazirliyin rəsmisəhifəsinə müsahibə verib.

Trendhəmin müsahibəni təqdim edir:

- Sahilə xanım, hamiləlik dövründə sağlam həyat tərzi körpəningələcək həyatına necə təsir edir?

- Hamiləlik qadın həyatının ən həssas, eyni zamanda ənməsuliyyətli mərhələlərindən biridir. Bu dövr yalnız fiziki deyil,eyni zamanda psixoloji və sosial baxımdan da böyük dəyişikliklərləmüşayiət olunur. Ana bətnində başlayan yeni bir həyatın sağlamşəkildə formalaşması üçün göstərilən hər bir diqqət, gələcəknəsillərin sağlamlığına qoyulan əsasdır. Məhz bu səbəbdən,hamiləlik dövründə qadının həyat tərzindəki hər bir vərdiş vədavranış xüsusi əhəmiyyət kəsb edir. Bu vərdişlərin əsasistiqamətləri düzgün qidalanma, fiziki aktivlik, psixoloji sabitlikvə davamlı tibbi nəzarət olmalıdır. Bu dövrdə sağlam həyat tərzininqorunması, həm ananın öz fiziki və zehni rifahına, həm də dölünnormal inkişafına birbaşa təsir edir.
Hamiləlik, bədənin fizioloji dəyişikliklərinə adaptasiya dövrüolmaqla yanaşı, eyni zamanda qadının həyatında yeni bir mərhələyəkeçid prosesidir. Belə bir vaxtda atılan hər düzgün addım, gələcəkkörpənin həyat keyfiyyətini formalaşdırmaq baxımından olduqcaəhəmiyyətlidir.

- Hamiləlik dövründə qidalanma ananın və dölün inkişafında nəkimi rol oynayır?

- Hamiləlik dövründə qidalanma yalnız ana üçün deyil, gələcəkkörpənin sağlamlığı və normal inkişafı üçün də həyati əhəmiyyətdaşıyır. Bu dövr ərzində qadın orqanizmi həm öz ehtiyaclarını, həmdə böyüyən dölün qida və enerji tələbatını qarşılamalı olur. Əsashədəf yalnız kilo almaq deyil, körpənin sağlam inkişafınıdəstəkləyən zəruri maddələri optimal şəkildə qəbul etməkolmalıdır.
Hamilə qadının gündəlik rasionunda yer almalı olan əsas maddələrdənbiri fol turşusudur. B qrupuna aid olan bu vitamin xüsusiləhamiləliyin ilk aylarında dölün sinir borusu sisteminin düzgünformalaşması üçün vacibdir. Fol turşusu çatışmazlığı sinir borusuqüsurlarına, ciddi doğuş anomaliyalarına səbəb ola bilər.
Dəmir isə həm ananın, həm də körpənin sağlam qan dövranı üçünəvəzsizdir. Hamiləlik zamanı qanın həcmi artdığı üçün ananın dəmirehtiyacı da yüksəlir. Dəmir çatışmazlığı nəticəsində inkişaf edənqan azlığı anada yorğunluq, halsızlıq və infeksiya riskinin artmasıilə yanaşı, körpədə inkişaf geriliyinə səbəb ola bilər. Həmçinindoğuş zamanı qan itkisi ehtimalı da nəzərə alındıqda, dəmirdepolarının dolu olması həyati əhəmiyyət daşıyır.
Kalsium həm ananın sümük və diş sağlamlığı üçün, həm də körpəninskelet sisteminin normal formalaşması üçün vacibdir. Əgər gündəlikkalsium tələbatı qida ilə ödənilməzsə, döl bu elementi ananın sümüktoxumasından alır və bu da analarda sümük əriməsi və dişproblemlərinə səbəb ola bilər. Gündəlik kalsium tələbatı təxminən1000-1200 mq təşkil edir. Bu miqdar süd məhsulları, yaşıl yarpaqlıtərəvəzlər və bəzi balıq növləri ilə təmin edilə bilər.
Zülal, yəni protein isə, dölün hüceyrə və toxuma quruluşunun əsastikinti materialıdır. Bu maddə həm əzələ, orqan və dəri kimitoxumaların formalaşmasında, həm də immun sisteminin güclənməsindəəhəmiyyətlidir. Hamilə qadın üçün gündəlik zülal tələbatı təxminən70-100 qramdır. Bu miqdar yumurta, ət, süd məhsulları, paxlalılarvə qoz-fındıq kimi məhsullarla təmin edilə bilər.
Bu maddələrin təmin olunması üçün hamilə qadınların gündəlik qidamenyusunda təzə meyvə və tərəvəzlərə geniş yer ayrılmalıdır. Buməhsullar həm vitamin, həm də lif baxımından zəngindir, eynizamanda həzm sisteminin sağlam işləməsinə və qəbizlik kimiproblemlərin qarşısının alınmasına kömək edir. Tam taxıllar –yulaf, kinoa, qəhvəyi düyü – enerjini tədricən verən, liflə zənginməhsullar olmaqla yanaşı, qan şəkərinin stabilliyini də qoruyur.Süd və süd məhsulları kalsium, D vitamini və zülal mənbəyi kimigündəlik menyuda mütləq yer almalıdır. Hamilələr üçün az yağlıyoqurt, kefir və pendir tövsiyə olunur. Yağsız ət, yumurta vəpaxlalılar zülal və dəmirin əsas mənbəyi olaraq, əzələlərinmöhkəmlənməsinə və qanazlığının qarşısının alınmasına kömək edir.Qoz-fındıq, badam və balıq növləri, xüsusilə də Omeqa-3 ilə zənginbalıqlar, beyin və sinir sisteminin inkişafında mühüm roloynayır.

- Hansı qidaların hamiləlikdə istifadəsi tövsiyə olunmur?

- Bəzi qidalar hamiləlik dövründə ciddi şəkildə qadağan edilməlivə ya məhdudlaşdırılmalıdır. Xam ət və balıq kimi qidalarinfeksiyalarla yoluxma riski daşıdığına görə istisna olunmalıdır.Kofeinin gündəlik dozanın 200 mq-dan çox olmaması tövsiyə edilir.Kofeinin yüksək dozası düşük və ya aşağı çəkili körpə riski yaradabilər. Alkoqol və siqaret istifadəsi isə dölün beyin inkişafınızəiflədə, doğuş qüsurlarına, erkən doğuş və hətta hamiləliyinitirilməsinə səbəb ola bilər.
Digər tərəfdən, konservantlarla zəngin məhsullar, çox duzlu vəşəkərli qidalar orqanizmdə iltihabi prosesləri artıra, qandaşəkərin səviyyəsini yüksəldə və artıq çəkiyə səbəb olur. Beləməhsulların tərkibində olan trans yağlar və süni qatqılar körpənininkişafına mənfi təsir göstərə bilər.

- Fiziki aktivlik hamiləlik dövrünə necə təsir göstərir?

- Hamiləlik dövründə fiziki aktivlik yalnız estetik görünüş vəçəki nəzarəti üçün deyil, eyni zamanda ümumi sağlamlığın qorunması,stressin azaldılması, doğuş prosesinin yüngülləşdirilməsi vədoğuşdan sonrakı bərpa müddətinin daha rahat keçməsi üçün dəəvəzsiz vasitədir. Bu dövr ərzində qadının bədənində sürətli hormondəyişiklikləri, çəki artımı və daxili orqanlarda yerləşimdəyişikliyi baş verdiyindən, bu dəyişikliklərə adaptasiya üçünbədən hərəkətdə olmalıdır.
Araşdırmalar göstərir ki, hamiləlik dövründə nizamlı və düzgünhəyata keçirilən fiziki fəaliyyətlər hamiləliklə bağlı bir çoxrisklərin – gestasion diabet, hamiləlik hipertonyası, həddindənartıq çəki artımı, damar problemləri və doğuş zamanı çətinliklərinqarşısını almaqda təsirli rol oynayır. Fiziki hərəkətlər eynizamanda maddələr mübadiləsini sürətləndirir, qan dövranınıyaxşılaşdırır və toxumaların oksigenlə təminatını artırır ki, bu dahəm ana, həm də döl üçün olduqca faydalıdır.
Fiziki aktivlik növü seçilərkən qadının əvvəlki idman təcrübəsi,ümumi sağlamlıq durumu və hamiləliyin gedişi nəzərə alınmalıdır.Hər bir qadın üçün uyğun olmayan fəaliyyətlər risk yarada bilər. Bubaxımdan, gündəlik 30 dəqiqəlik yüngül gəzinti həm ən təhlükəsiz,həm də ən faydalı fiziki fəaliyyət növlərindən biri hesab olunur.Gəzinti zamanı bədən hərəkətdə olur, qan dövranı aktivləşir vətənəffüs sistemi güclənir. Təmiz havada edilən gəzintilər eynizamanda zehni rahatlamağa, stresin azaldılmasına və yuxukeyfiyyətinin yaxşılaşmasına da yardım edir.
Bununla yanaşı, prenatal yoga da hamilə qadınlar üçün tövsiyəedilən məşqlər sırasındadır. Bu növ məşqlər əsnəmə, tənəffüs vədiqqət yönəltmə üzərində qurulduğuna görə, həm bədəninelastikliyini artırır, həm də doğuş zamanı lazım olan tənəffüstexnikalarının öyrənilməsinə imkan yaradır. Üzgüçülük isə bədəniyormadan bütün əzələləri işlədən nadir fəaliyyətlərdəndir. Subədənin ağırlığını azaldaraq, oynaqlara düşən təzyiqi azaltdığıüçün bel və ayaq ağrılarının azaldılmasında mühüm təsirgöstərir.
Ancaq fiziki fəaliyyət zamanı təhlükəsizliyə maksimum dərəcədəriayət edilməlidir. Mütləq şəkildə məşq etməzdən öncə həkimləməsləhətləşmək, məşqləri peşəkar təlimçi nəzarəti altında yerinəyetirmək və bədənin verdiyi siqnallara diqqətlə yanaşmaq vacibdir.Hamilə qadın məşq zamanı narahatlıq hiss edərsə, dərhalfəaliyyətini dayandırmalı və həkiminə məlumat verməlidir.

- Sağlam hamiləlik üçün mütəmadi həkim nəzarəti şərtdirmi?

- Hamiləlik müddətində ən önəmli və dəyişməz şərtlərdən biri isəmüntəzəm tibbi nəzarətdir. Hər bir qadın bu dövrdə həkimnəzarətində olmaqla, ana və körpə həyatına yönəlik risklərin erkənmərhələdə aşkarlanması və qarşısının alınması imkanına malik olur.Tibbi nəzarət çərçivəsində ultrasəs müayinələri ilə dölün inkişafımərhələli şəkildə izlənilir, qan və sidik analizləri vasitəsiləananın sağlamlıq durumu qiymətləndirilir, infeksiyaların, şəkərlidiabetin və qan azlığının qarşısı vaxtında alınır. Eyni zamanda,kardiotokoqrafiya (KTQ) müayinəsi ilə dölün ürək döyüntüləri vəhərəkətləri izlənir, bu da doğuşa hazırlığın daha təhlükəsizkeçməsinə imkan verir. Bundan əlavə, doğuşa hazırlıq kurslarıvasitəsilə ana namizədlər tənəffüs texnikaları, doğuş zamanı tətbiqediləcək üsullar və doğuşdan sonrakı əmizdirmə mərhələsi barədəətraflı məlumatlandırılır.
Sonda qeyd etmək lazımdır ki, hamiləlik dövrü sadəcə bioloji birproses deyil, həmçinin gələcək nəsillərin sağlamlıq bünövrəsininqoyulduğu mühüm bir dövrdür. Düzgün qidalanma, nizamlı fizikifəaliyyət, psixoloji sabitlik və peşəkar tibbi nəzarət bir-biri iləəlaqəli şəkildə işləməli, sistemli və davamlı şəkildə həyatakeçirilməlidir. Sağlam ana, sağlam gələcəyin ən əsas zəmanətidir vəhər sağlam körpə, cəmiyyətin sağlam inkişafına atılmış ən vacibaddımlardan biridir. Bu səbəbdən də hamiləlik dövrünə veriləndəyər, əslində bütöv bir gələcəyə verilmiş dəyərdir.

Ana
Ana
Məqalədə:
Seçilən
31
4
az.trend.az

5Mənbələr