AZ

Fatih Ürekin ölümü ilə bağlı şayiələrə aydınlıq gətirildi

Ajans.az xəbər verir ki,sosial mediada yayılan “Fatih Ürek vəfat edib” xəbərləri isə ailəsi və yaxınlarını narahat edib. 59 yaşlı sənətçi ürək tutmasından sonra xəstəxanada intubasiya olunub. Həkimlər onun vəziyyətini “ağır” kimi qiymətləndirirlər. Son məlumatlara görə, Ürekin qan təzyiqi düşdüyü üçün qohumları xəstəxanaya çağırılıb. Gecə saatlarında xəstəxanaya gələn müğənni Alişan mətbuata açıqlamasında bildirib: “Hazırda vəziyyəti barədə dəqiq məlumatım yoxdur. Daha çox məlumat əldə edənə qədər heç nə deyə bilmərəm. Ancaq yaxşı xəbər gözləyirəm.” Aparıcını ziyarət edən aktyor Feyyaz Şerifoğlu isə deyib: “Dua etməkdən başqa çarəmiz yoxdur. Fatih çox mübariz insandır, ümid edirik ki, bu dəfə də qalib gələcək.” Müğənni Demet Akalın da xəstəxanaya gələrək keçmiş həmkarı haqqında danışıb: “Fatihlə aramızda bir zamanlar anlaşılmazlıqlar olub, amma indi yalnız barışmaq istəyirəm. Həyatda heç kimlə mübahisə etmək istəmirəm.” Xəstəxanadan yayılan rəsmi açıqlamada bildirilib ki, Fatih Ürekin müalicəsi reanimasiya şöbəsində davam edir və vəziyyəti hələ də kritik olaraq qalır. Sosial şəbəkələrdə yayılan ölüm xəbərlərindən sonra sənətçinin bacıları Nurgül və Selvi Ürek xəstəxananın qarşısında jurnalistlərə açıqlama veriblər: “Fatih sağdır. Onun ölüm xəbəri yalandır. Həkimlər onu elektrik sistemindən ayırmayıblar. Vəziyyəti stabildir, xəstəxanadan da rəsmi məlumat veriləcək. Hazırda gözləyirik. Fatih sadəcə Allaha təslim olur.”

 

Seçilən
34
Ajans.az

1Mənbələr