AZ

Azərbaycanda 5 bankın depozit portfeli 1,5 milyard manatdan çoxdur

Bu il oktyabrın 1-nə Azərbaycandakı 22 bankdan 5-nin depozit portfeli 1,5 milyard manatdan çox olub.

Bunlar, “Kapital Bank” (8 milyard 670,9 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (8 milyard 627 milyon manat), “PAŞA Bank” (6 milyard 766,2 milyon manat), “Xalq Bank” (1 milyard 842,5 milyon manat) və “Bank Respublika”dır (1 milyard 515,4 milyon manat).

Qalan 17 bankdan 4-də depozit portfeli 1-1,5 milyard manat, 11 bankda isə 0,1-1 milyard manat arasında, 2 bankda isə 100 milyon manatdan az olub.

Son 1 ildə 22 bankdan 7-nin depozit portfeli azalıb. Ən çox azalma “Azərbaycan Beynəlxalq Bankı”nda (10,7%), ən az azalma isə “Access Bank”da (0,4%) qeydə alınıb. 1 bankın – “Unibank”ın depozit portfeli demək olar ki, “yerində sayıb”. 14 bankın isə depozit portfeli artıb. Ən yüksək dinamika “Azər-Türk Bank”da (28%), ən aşağı dinamika isə İran Milli Bankının Bakı filialında (0,2%) qeydə alınıb.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© Yurd.Media 

bank sektoru depozit portfeli Kapital Bank Azərbaycan Beynəlxalq Bankı PAŞA Bank Xalq Bank Bank Respublika bankların maliyyə göstəriciləri bank depozitləri aktivlər Azərbaycan bank bazarı bank statistikası maliyyə sektoru Azər-Türk Bank Access Bank Unibank İran Milli Bankı Bakı filialı
Seçilən
49
1
marja.az

2Mənbələr