AZ

Yannik Sinner Vyanada ATP-500 turnirinin qalibi olub

Bakı. Trend:

Dünyanın ikinci raketkası italiyalı tennisçi Yannik SinnerAvstriyanın paytaxtı Vyanada keçirilən ATP-500 kateqoriyalıturnirin qalibi olub.

Trend xəbər verirki, final matçında Sinner alman tennisçi Aleksandr Zverevə (ATPreytinqində 3-cü yer) qarşı 3:6, 6:3, 7:5 hesabı ilə qalib gəlib.Görüş 2 saat 30 dəqiqə davam edib.

Bu qələbə Sinnerin ATP turnirlərində 22-ci karyera titulu,həmçinin 2025-ci ildəki 4-cü turnir qələbəsi olub. Eyni zamanda, o,bu uğurla 500 reytinq xalı qazanaraq dünya reytinqində ikincipillədəki mövqeyini möhkəmlədib.

Seçilən
20
1
az.trend.az

2Mənbələr