ABŞ hökumətinin fəaliyyətsizliyi (şatdaun) noyabrın sonunda ABŞ-də qeyd olunan Şükranlıq gününə qədər davam edə bilər.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna bildirib.
"Potensial olaraq Şükranlıq gününə qədər, hətta daha uzun müddət ərzində geri qayıtmaya bilərik", - deyə o vurğulayıb.
Qeyd edək ki, ABŞ-də Şükranlıq günü bu il noyabrın 27-də qeyd olunacaq.
Xatırladaq ki, ABŞ-də federal hökumət 1 oktyabrdan etibarən maliyyə çatışmazlığı səbəbindən öz fəaliyyətini qismən dayandırıb.
 
                        