AZ

Azərbaycan komandası ər-Riyadda yanğın-xilasetmə idmanı üzrə dünya çempionatında iştirak edir (FOTO)

Bakı. Trend:

Oktyabrın 26-da Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyaddayanğın-xilasetmə idmanı üzrə kişilər arasında XX dünya çempionatınavə qadınlar arasında XI dünya çempionatına start verilib.

Trend xəbər verirki, noyabrın 1-dək davam edəcək yarışlarda Səudiyyə Ərəbistanı iləyanaşı, Azərbaycan, Bəhreyn, Belarus, Burkina Faso, Bolqarıstan,Kamerun, Çin, Kot-Divuar, Çexiya, BƏƏ, Almaniya, İran, Qətər,Qazaxıstan, Qırğızıstan, Monqolustan, Rusiya, Slovakiya,Tacikistan, Özbəkistan və Avstriyanın komandaları iştirak edir.

Dünya çempionatı yanğınsöndürən və xilasedici peşələrinintanıdılması, müxtəlif ölkələrin yanğın və xilasetmə xidmətlərivasitəsilə dostluq ənənələrinin möhkəmləndirilməsi, peşəkar idmanbacarıqlarının təkmilləşdirilməsi və yanğın-xilasetmə idmanınınbeynəlxalq səviyyədə daha da inkişafı məqsədilə təşkil olunur.

"Yanğınsöndürənlər və Xilasedicilərin Beynəlxalq İdmanFederasiyası" Assosiasiyası (ISFFR), 2001-ci ildə Yanğınsöndürmə vəXilasetmə Xidmətləri rəhbərlərinin 1-ci Beynəlxalq Konfransınınqərarı ilə təsis olunub və hazırda 33 ölkədən olanyanğınsöndürənlər və xilasediciləri birləşdirir.

Yanğın-xilasetmə idmanı üzrə ilk çempionat 2002-ci ildə Moskvaşəhərində keçirilib.

Azərbaycan
Azərbaycan
Seçilən
10
4
az.trend.az

5Mənbələr