AZ

Abşeronda avtomobil piyadanı vuraraq öldürüb

Abşeronda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hakimiyyet.az xəbər verir ki, hadisə Ağamalı Sadıq küçəsində qeydə alınıb.

Yolu keçmək istəyən 2013-cü il təvəllüdlü Əzizə Seymur qızı Məmmədlini avtomobil vurub.

Piyada elə hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
26
5
hakimiyyet.az

8Mənbələr