AZ

Macarıstan Budapeştdə Putin-Tramp görüşünün baş tutacağına ümid edir

Macarıstan Rusiyanın və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Budapeştdə görüşəcəyinə ümid edir.

APA xəbər verir ki, bu barədə ölkənin xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto “Fox News” telekanalına müsahibəsində bildirib.

“Ümid edirəm ki, görüş ləğv edilməyib, çünki hələ dəqiq vaxt və tarix müəyyən olunmayıb. Biz inanırıq ki, hazırlıq danışıqları və ilkin məsləhətləşmələr kifayət qədər uğurlu olacaq,” – deyə Siyyarto qeyd edib.

Nazirin sözlərinə görə, ABŞ və Rusiya arasında yaxşı münasibətlərin qurulması Macarıstanın milli maraqlarına uyğundur.

Seçilən
43
2
apa.az

3Mənbələr