Futbol üzrə Misli Premyer Liqasında IX tura yekun vurulub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, turun son oyununda "Qarabağ" öz meydanında "Şamaxı"nı qəbul edib. "Azərsun Arena"da keçirilən görüşdə hesab açılmayıb.
Bu nəticədən sonra Ağdam klubu 17 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Komanda rəqiblərindən bir oyun az keçirib. Şamaxının eyniadlı təmsilçisi isə 10 xalla doqquzuncudur.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" "Karvan-Yevlax"a 2:1, "İmişli" "Kəpəz"ə 3:0, "Zirə" "Sumqayıt"a 1:0, "Neftçi" "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəlib, "Araz-Naxçıvan" matçı isə heç-heçə ilə yekunlaşıb.