AZ

Uşaqlarına sosial şəbəkə qadağası qoyub

Aktrisa Kira Naytli övladları ilə bağlı etiraf edib.

Axşam.az xəbər verir ki, o, qızlarına sosial şəbəkələrdən nəzarətsiz istifadə etməyi qadağa qoyub.

Naytli qızlarını böyüdərkən əməl etdiyi məhdudiyyətlər və qaydalardan danışıb. O, qızlarının tərbiyəsi ilə bağlı qorxularını və qaydalarını bölüşərək, onlara sosial şəbəkələrdən nəzarətsiz istifadə etməyi qadağan etdiyini bildirib.

İki qızı - 10 yaşlı Addie və 6 yaşlı Delilahı böyüdən aktrisa izah edib ki, qadağa uşaqların təhlükəsizliyini təmin etmək çətin olan internetin nəzarət olunmayan məkanlarından qorumaq istəyindən irəli gəlir.

Aktrisa vurğulayıb ki, sosial media onların evlərində tamamilə qadağandır və uşaqlar yalnız valideyn nəzarəti altında cihazlardan istifadə edə bilərlər.

Seçilən
23
3
demokrat.az

4Mənbələr