Apa.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Filippində Kanlaon vulkanında partlayış baş verib.
APA xəbər verir ki, bu barədə Filippin Vulkanologiya və Seysmologiya İnstitutu (Phivolcs) məlumat yayıb.
Partlayış 3 dəqiqə davam edib, vulkandan təxminən 2 kilometr hündürlüyə qədər kül püskürüb.
Bildirilib ki, vulkan hazırda əhalidə artan narahatlıq və təşvişə işarə edən ikinci xəbərdarlıq səviyyəsindədir.
Hakimiyyət orqanları bölgə sakinlərinə qapı və pəncərələrini bağlı saxlamağı, həmçinin açıq yerləri nəm dəsmal və ya parçayla örtməyi tövsiyə edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.