AZ

ABŞ və Çin liderlərin görüşündən əvvəl ticarət sazişi üzrə razılıq əldə edilib

ABŞ prezidenti Donald Trampın Çin prezidenti Si Cinpinlə yaxın günlərdə keçirilməsi planlaşdırılır. Bu görüşdə ciddi razılaşmaların əldə olunacağı barədə mediada məlumatlar yayılıb. Artıq Çin və ABŞ-ın ali iqtisadi rəsmiləri bazar günü ticarət sazişinin çərçivəsi üzrə razılıq əldə ediblər.

Bu barədə Reuters məlumat yayıb.

ABŞ-ın maliyyə naziri Skott Bessent və Ticarət Nümayəndəsi Ceymison Qrir may ayından bəri beşinci dəfə keçirilən üzbəüz danışıqlar çərçivəsində Kuala-Lumpurda Çinin vitse-premyeri Xe Lifenq və baş ticarət danışıqçısı Li Çengqanq ilə görüşüblər.

AzPost.az

Seçilən
21
2
azpost.info

4Mənbələr