ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu mövsüm Türkiyə klublarının Avropa kuboklarında indiyədək əldə etdiyi gəlirlər bəlli olub.
Fanat.Az xəbər verir ki, UEFA turnirlərində çıxış edən Türkiyə təmsilçiləri ümumilikdə 53,8 milyon avro gəlir qazanıblar.
Ən çox qazanan komanda “Qalatasaray” olub. İstanbul təmsilçisi Çempionlar Liqasındakı uğurlu çıxışı nəticəsində 30,2 milyon avro gəlir əldə edib.
“Fənərbağça” Avropa Liqasında iştirakına görə 17,8 milyon avro,
“Samsunspor” isə Konfrans Liqasındakı çıxışı sayəsində 5,8 milyon avro gəlir qazanıb.
Kamil Xudiyev
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.