AZ

Sudanda döyüşlər şiddətlənir, ordu qərargahı ələ keçirilib

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sudanın Şimali Darfur bölgəsində mühasirədə olan əl-Fəşər şəhərində döyüşlər intensivləşib.

APA xəbər verir ki, bu barədə Aljazeera məlumat yayıb.

Sürətli Dəstək Qüvvələri (Rapid Support Forces - RSF) adlı yarımhərbi qrup hökumətə sadiq Sudan Silahlı Qüvvələrinin qərb bölgəsindəki son dayaq nöqtəsi sayılan hərbi bazanı ələ keçirdiyini bəyan edib.

RSF sözçüsü bazar günü verdiyi açıqlamada bildirib ki, “qüvvələrimiz əl-Fəşərdəki 6-cı Diviziyanı azad etməyi bacardı, bu strateji hərbi bazaya tam nəzarət qurmaqla ordunun və onun müttəfiqlərinin belini qırdı”.

O, bu hadisəni mühüm dönüş nöqtəsi adlandırıb: “Hərbi bazanı ələ keçirərək bütün sudanlıların azadlıq, sülh və ədalət arzularına uyğun olaraq dövlətin inşasına aparan yolda uğur qazanırıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
8
apa.az

10Mənbələr