AZ

"Mançester Yunayted" Bellinqhemi transfer edir

“Borussiya Dortmund”un yarımmüdafiəçi Cob  Bellinqhem karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.

90deqiqe.Az “Express”ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” qış transfer pəncərəsində 20 yaşlı yarımmüdafiəçini icarə əsasında heyətinə qatmağı nəzərdən keçirir. Artıq futbolçunun agenti ilə də danışıqlara başlanılıb.

Keçən yay Bellingem “Sanderlend”dən “Borussiya Dortmund”a keçib. O vaxtdan yarımmüdafiəçi 12 oyunda iştirak edib və komanda yoldaşlarına 2 məhsuldar ötürmə edib. Lakin Bellingem yalnız iki dəfə Bundesliqada start heyətində yer alıb.

Bellinqhemin bazar dəyəri məşhur Transfermarkt portalının qiymətləndirməsinə görə 30 milyon avro təşkil edir.

Seçilən
81
90deqiqe.az

1Mənbələr