AZ

Təmizləyici vasitələr ağciyəri zədələyir

Saglamolun saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

YENİ ARAŞDIRMA

Norveçin Berqen Universitetində aparılan 20 illik araşdırma ev təmizliyi ilə bağlı narahatedici nəticələr ortaya qoyub. 6 min nəfərin iştirakı ilə keçirilən tədqiqat göstərib ki, evdə tez-tez təmizlik edən və ya bu sahədə işləyən qadınlarda ağciyər funksiyası, gündə 20 siqaret çəkən insanlardakı qədər azalır.Alimlər bu vəziyyəti təmizləyici kimyəvi vasitələrin illərlə tənəffüs olunması ilə izah edirlər. Bu maddələrin tərkibindəki mikrozərrəciklər və qıcıqlandırıcı komponentlər ağciyərlərin vaxtından əvvəl qocalmasına, astma və digər tənəffüs xəstəliklərinin riskinin artmasına səbəb olur.Mütəxəssislər ağciyərləri qorumaq üçün bir neçə sadə qaydaya əməl etməyi tövsiyə edir: təmizliyə mikrofiber və su ilə üstünlük vermək, otaqları yaxşı havalandırmaq, sprey və aerozollardan mümkün qədər uzaq durmaq.Araşdırma müəllifləri vurğulayır ki, gündəlik kiçik dəyişikliklər gələcəkdə sağlam tənəffüs sistemi üçün böyük fayda verə bilər.

Saglamolun.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
saglamolun.az

1Mənbələr