AZ

“Ferrari” və “Maklaren” limitləri aşmayıb

İtaliyanın "Corriere della Sera" nəşri 2024 mövsümündə bir neçə komandanın büdcə limitlərini pozduğuna dair yayılan şayiələrin detalları ilə bağlı məlumat paylaşıb.

90deqiqe.Az xəbər verir ki, Beynəlxalq Avtomobil Federasiyası (FIA) hazırda həmin mövsümə aid maliyyə hesabatlarını yoxlamaq mərhələsindədir və yekun nəticələr 2025-ci ilin payızında açıqlanacaq.

Aparılan ilkin yoxlamalar zamanı “Ferrari” və “Maklaren” komandalarının maliyyə qaydalarını pozmadığı müəyyənləşib.

Qeyd edək ki, bundan əvvəl “Aston Martin” komandasının qayda pozuntusuna yol verdiyini təsdiqlənmişdi. Lakin məlum olub ki, bu, yalnız sənədlərdəki imzalarla bağlı prosedur xətası olub. Məsələni nəzərdən keçirən FIA komissiyası hadisəni ciddi pozuntu hesab etməyib və komanda heç bir cəza ilə üzləşməyib.

Seçilən
26
90deqiqe.az

1Mənbələr