Bakı. Trend:
Monteneqronun Budva şəhərində boks üzrə keçirilən U-15 Avropaçempionatına yekun vurulub.
Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, milli komanda 32ölkədən 369 idmançının qatıldığı yarışı 2 qızıl, 3 gümüş və 3bürünc medalla başa vurub.
Yığmanın heyətində Xumar Cəfərli (75 kiloqram) fəxri kürsünün ənyüksək pilləsinə qalxıb. O, finalda Yağmur Eryurtu (Türkiyə) 5:0(30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub etməkləBudvada Azərbaycan Himnini səsləndirib. Bu qızıl medal ölkəmiz üçünəlamətdar olub. Boks tariximizdə ilk dəfə qız idmançı U-15 Avropaçempionatının qalibi adına yiyələnib.
Onun uğurunu Mehran Rəsulov (80 kiloqram) da təkrarlayıb.Finalda Serqiy Kotovskini (Ukrayna) 5:0 (30:27, 29:28, 29:28,30:27, 30:27) hesabı ilə məğlub edən boksçumuz qızıl medala layiqgörülüb. Bu, Rəsulovun karyerasında Avropa birinciliklərinin 3-cümükafatı olub. O, bunadək 2 dəfə bürünc medal əldə edib.
Digər boksçularımızdan Nəsrin Abdullazadə (40 kiloqram), NurlanMüseyibli (66 kiloqram), Yusif Ağakişiyev (75 kiloqram) gümüş, OnurQurbanov (42 kiloqram), Elcan Musazadə (50 kiloqram) və Ərdəm Təkin(90 kiloqram) isə bürünc medal qazanıblar.
Qeyd edək ki, Azərbaycan millisi komanda hesabında 6-cı yeritutub.