Mauro İkardinin “Qalatasaray”dakı gələcəyi uzun müddətdir ki, futbol ictimaiyyətində müzakirə mövzusudur. Klubun prezidenti Dursun Özbek isə son açıqlamasında İtaliyadan sürpriz bir iddiaçının ortaya çıxdığını bildirib.
İdmanxeber.az-ın məlumatına görə, “Torino” klubu heyətini gücləndirmək üçün argentinalı hücumçunu transfer siyahısının başına qoyub. İtaliya klubu rəhbərliyi yanvar ayında İkardinin agenti ilə görüşməyi planlaşdırır.
Bu mövsüm Mauro İkardi ümumilikdə 9 matçda meydana çıxıb və 5 dəfə fərqlənib. “Transfermarkt”ın məlumatına görə, hazırda onun bazar dəyəri 8 milyon avrodur.