Sumqayıtda avtomobil divara çırpılıb, xəsarət alanlar var
Ajans.az xəbər verir ki, "Mercedes" markalı minik avtomobilinin idarəetmədən çıxaraq, divara çırpılması nəticəsində 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.