AZ

Azərbaycan Rusiya məhsullarını Ermənistana buraxmağa hazır olduğunu bəyan edib – Overçuk

Azərbaycan Rusiya məhsullarının öz ərazisindən Ermənistana daxil olmasına icazə verməyə hazır olduğunu bəyan edib.

"Ölkə.az" xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk açıqlayıb.

"İki gün əvvəl Azərbaycan tərəfi Rusiya məhsullarının Azərbaycan ərazisindən keçməklə Ermənistana tranziti üçün Azərbaycan dəmir yollarından istifadə imkanını bizə təsdiqlədi. Bu baxımdan biz də çox maraqlı irəliləyiş əldə etmişik. Hazırda Rusiya Dəmir Yolları regiondakı tərəfdaşları ilə birlikdə bu daşımaların necə təşkili məsələlərini həll edir", Overçuk bildirib.

O, həmçinin qeyd edib ki, Şimal-Cənub dəhlizinin Azərbaycan hissəsinin tikintisində Azərbaycanın irəliləyişi aydın görünür.

Elvin

Ölkə.az

Seçilən
87
50
olke.az

10Mənbələr