AZ

Ərdoğanın partiyasından PKK nın addımına REAKSİYA

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

“PKK-nın Türkiyə daxilində, eləcə də bütün bölgədə xüsusilə İraq və Suriyada silahlı və qeyri-qanuni strukturlarının ləğvi və tərksilahın davam etdirilməsi “terrordan azad Türkiyə” prosesinin əsas gündəm mövzularıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib. 

“Terror elementlərinin Türkiyədən çıxarılması və tərkisilahla bağlı yeni addımların açıqlanması hədəfimizə uyğundur. “Terrorsuz Türkiyə” prosesi, demokratiyamızın bütün təhdidlərdən təmizlənməsi üçün atılmış strateji və tarixi bir addımdır”.

Qeyd edək ki, bundan əvvəl PKK terror təşkilatı Türkiyədəki fəaliyyətinə son qoyduğunu və silahlılarını geri çəkdiyini açıqlayıb.

PKK təşkilatın lideri Abdullah Öcalanın çağırışı ilə 12-ci Qurultayında qəbul etdiyi qərarlar əsasında özünü buraxdığını və Türkiyədən tamamilə çəkildiyini bildirib.

Safura Bənnayeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
81
globalinfo.az

1Mənbələr