"Araz-Naxçıvan"ın müdafiəçisi Rahil Məmmədov əməliyyat olunub.

Offsideplus.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan yığmasının üzvünə budun gətirici əzələlərindən birinin tam qopması diaqnozu qoyulub.

Cərrahiyyə əməliyyatı Finlandiyanın Pihlajalinna klinikasında yerinə yetirilib.

Uğurlu əməliyyatdan sonra özünü yaxşı hiss edən futbolçunun məşqlərə başlayacağı tarixlə bağlı əlavə məlumat veriləcək.