Samux rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Aznews.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin məlumatına əsasən, onların vəziyyəti orta-ağır qiymətləndirilir.