AZ

Tramp Putinlə yalnız sülh razılaşmasına əmin olduğu halda görüşəcək

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə görüşün yalnız Rusiya-Ukrayna münaqişəsinin həlli üçün sülh razılaşması perspektivlərinə əmin olduğu zaman baş tutacağını bildirib.

Bunu o, Asiya turnesi çərçivəsində Malayziyaya gedərkən təyyarədə jurnalistlərə açıqlayıb.

“Biz razılaşma əldə edəcəyimizdən əmin olmalıyıq”, – deyə Amerika lideri Putinlə nə vaxt görüşməyə hazır olacağı ilə bağlı sualı cavablandırarkən bildirib.

Tramp Rusiya-Ukrayna münaqişəsində sülh prosesinin gedişatından məyus olduğunu vurğulayıb.

//Report

Seçilən
28
12
editor.az

10Mənbələr