AZ

Rusiya Qiyamət günü nə hazırlaşır: FPV dronlarının tətbiqi ssenariləri işlənir

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Rusiyada "Qiyamət günü" FPV dronlarının tətbiqi üzrə bir sıra ssenarilər hazırlanıb ki, bu, nüvə zərbələri endiriləcəyi halda ətraf mühitin çirklənmə səviyyəsinin monitorinqi sisteminə daxildir.

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Kompleks Pilotsuz Həllər Mərkəzinin konstruktoru Dmitri Kuzyakin məlumat verib.

"Ssenarilərin detallarını açıqlamırıq, lakin layihə üzərində işlər aktiv mərhələdədir", - deyə o bildirib.

Kuzyakin əlavə edib ki, hadisələrin gedişatı beynəlxalq siyasətdə ən pis ssenari üzrə davam edərsə, texnologiya çox sayda insanın həyatını xilas edə bilər.

"Qiyamət günü" FPV dronu "Xrust" proqramı çərçivəsində hazırlanıb. Pilotsuz uçuş aparatının məqsədi nüvə zərbəsinə məruz qalmış ərazilərdə radiasiya çirklənməsinin səviyyəsini yoxlamaq, eləcə də şəhərlərdə və yerlərdə təsirə məruz qalan ocaqları təhlil etməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
158
oxu.az

1Mənbələr