AZ

Paytaxtda SÖKÜNTÜ: Hansı ərazilər plana düşüb?

Paytaxtın Səbail rayonu ərazisində söküntü işlərinə başlanılacaq.

Publik.az "Xəzər" TV-yə istinadla xəbər verir ki, söküntü istismar müddəti bitmiş qəzalı binaların bəzilərində həyata keçiriləcək.

Həmin ərazilərə Səbail rayonu Salman Mümtaz küçəsi, ev30 və ev 34, eləcə də Dağlıq küçəsi, ev 24 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binalar daxildir.

Sakinlər bildirirlər ki, onlara evlərinin yerləşdiyi əraziyə uyğun olaraq kompensasiya ödənilmir. Sadəcə olaraq, evin hər kvadratmetri üçün 1550 manat ödəniş edilib. Ailələrin bəziləri bununla razılaşaraq evdən çıxsalar da, bəziləri həmin məbləği istəmirlər.

Sakinlər həmçinin iddia edirlər ki, qiymətləndirilmə zamanı onların evlərinin ölçüləri də düzgün aparılmayıb.

Seçilən
18
13
publika.az

6Mənbələr