AZ

Gəncədə 69 yaşlı kişini maşın vuraraq ÖLDÜRDÜ

Gəncədə yol-nəqliyyat hadisəsi 69 yaşlı kişinin ölümünə səbəb olub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Həsən Əliyev və Pərviz Səmədov küçələrinin kəsişməsində baş verib.

Qəza zamanı 1956-cı il təvəllüdlü Natiq Bağırov dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu.

Seçilən
31
1
bizim.media

3Mənbələr