AZ

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ

İsrail Müdafiə Qüvvələri (IDF) terror təhlükəsi riskini aradan qaldırmaq üçün Qəzza zolağına hədəfli zərbə endirib.

Publika.az xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələri öz "Telegram" kanalında məlumat yayıb.

“Bir müddət əvvəl IDF Qəzza zolağının mərkəzində yerləşən Nuseyrat bölgəsində dəqiq zərbə endirərək, İsrail hərbçilərinə qarşı dərhal terror aktı planlaşdıran terror təşkilatının üzvünü zərərsizləşdirdi”, – deyə açıqlamada bildirilir.

Eyni zamanda vurğulanıb ki, İsrail daha əvvəl əldə olunmuş atəşkəs rejiminə riayət etməyə davam edir.

Seçilən
82
23
publika.az

10Mənbələr