Vyetnam Milli Assambleyası (birpalatalı parlament) keçmiş daxili işlər naziri Fam Txi Txan Çanın baş nazirin müavini kimi təyinatını təsdiqləyib.
Aznews.az xarici mediaya istinadən xəbər verir ki, onların namizədliklərinin təsdiqlənməsi üçün səsvermə Hanoyda 15-ci çağırış Milli Assambleyanın 10-cu və son iclasında baş tutub.
Baş nazir Fam Min Çinin əlavə iki müavininin namizədliyini təsdiqləyən qətnamə iclasda iştirak edən 430 parlament üzvündən 429-nun dəstəyini qazanıb.