AZ

Zelenskidən ŞAD XƏBƏR: Ukrayna üçün bu, tarixi andır

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ilk İsveç istehsalı olan “Gripen” qırıcı təyyarələri ölkəyə gələn il daxil ola bilər.

Globalinfo.az-ın xəbərinə görə, Zelenski bildirib ki, bu təyyarələrin tədarükü Ukrayna Hərbi Hava Qüvvələrinin döyüş qabiliyyətini xeyli gücləndirəcək.

“Bu, yerinə yetirilməli olan iddialı bir vəzifədir. Hazırda biz tarixi addım atırıq. İsveçlə “Gripen” döyüş təyyarələrinin tədarükü barədə razılıq əldə olunub və bu, çox düzgün seçimdir. Ümumilikdə 150 ədəd belə qırıcıya ümid edirik, onların bir hissəsi gələn il Ukraynaya çatmalıdır,” — deyə Zelenski “Teleqram” hesabında yazıb.

Dövlət başçısı əlavə edib ki, yeni təyyarələr Ukraynanın təhlükəsizlik sisteminin mühüm hissəsinə çevriləcək və Hərbi Hava Qüvvələrinə hava məkanına tam nəzarət imkanı verəcək.

“Ukrayna üçün döyüş aviasiyası sahəsində bu miqyasda razılaşma indiyə qədər olmayıb. Bu, tarixi nailiyyətdir və biz onun tam həyata keçirilməsi üzərində çalışırıq,” — deyə Zelenski vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
111
globalinfo.az

1Mənbələr