Misli Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.
Publika.az xəbər verir ki, günün ikinci matçında "Sumqayıt" "Zirə"nin qonağı olub.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
Görüşdəki yeganə qolu 37-ci dəqiqədə Brahim Konate vurub.
Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran Bakı klubu üçüncü pillədə qərarlaşıb. "Gənclik şəhəri" təmsilçisi 14 xalla altıncıdır.