AZ

Sabah dan hakimlə bağlı paylaşım 4 xal

ain.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

"Sabah" Misli Premyer Liqasının 9-cu turunda "Araz-Naxçıvan"la 2:2 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, Masazır təmsilçisi hakim idarəçiliyindən narazı qalıb.

Komandanın baş məşqçisi Valdas Dambrauska matçdan sonra keçirilən mətbuat konfransında bu barədə danışıb. Litvalı mütəxəssis oyunun son dəqiqələrində "Sabah"ın əleyhinə verilən cərimə zərbəsinin yalnış qərar olduğunu bildirib. Onun sözlərinə görə həmin epizodda qaydanıpozan "Araz-Naxçıvan"ın futbolçusudur.

Klubun sosial şəbəkə hesabları bununla bağlı "-4 xal" başlığı ilə video paylaşıb. Videoda iki epizoda yer verilib. Bunlardan birincisi bugünkü oyunun son dəqiqələrində yaşanan epizoddur. Digəri isə 6-cı turun "Sumqayıt"la matçında (1:1) "Sabah"ın qeydə alınmayan qolundan öncə verilən qayda pozuntusudur.

saytlarin hazirlanmasi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
1
sportal.az

2Mənbələr