AZ

Beyləqanda avtomobilin vurduğu şagird komaya düşüb

Beyləqanın Dünyamalılar kəndi ərazisində anomobillə vurulan 10 yaşlı uşaq komaya düşüb.

E-saglam.az xəbər verir ki, 2015-ci il təvəllüdlü Salahlı Adəm Rövşən oğlu rayon sakini Rasim Əhmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə vurub.

TƏBİB-dən "Report"a bildirilib ki, azyaşlı Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona qapalı kəllə-beyin travması, komatoz vəziyyət diaqnozu təyin olunub. Pasiyentin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanıb.

©Report

E-saglam.az

Seçilən
44
5
e-saglam.az

7Mənbələr