AZ

Əli Nağıyev Gürcüstanda rəsmi səfərdədir

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri Mamuka Mdinaradze Tbilisidə rəsmi səfərdə olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevi qəbul edib.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Məlumata görə, görüş zamanı tərəflər Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərini, həmçinin təhlükəsizlik sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə yönəlmiş gələcək təşəbbüsləri müzakirə ediblər.

Seçilən
97
unikal.az

1Mənbələr