AZ

Pakistan Beynəlxalq Hava Yolları 5 illik fasilədən sonra İngiltərəyə uçuşları bərpa edib

Bakı. Trend:

Pakistanın milli aviaşirkəti Pakistan Beynəlxalq Hava Yolları(PIA), 5 illik fasilədən sonra İngiltərəyə birbaşa uçuşları bərpaedib.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, ilk reys İslamabaddan Mançesterəhəyata keçirilib.

Bu, şirkətin 2020-ci ildə baş verən faciəvi qəza və saxta pilotlisenziyası qalmaqalı səbəbindən tətbiq olunan beynəlxalq qadağanınardından ilk uçuşdur.

Böyük Britaniya və Avropa İttifaqı, 2020-ci ilin iyun ayındaKəraçidə baş vermiş qəza və pilotların saxta lisenziyaları iləbağlı araşdırmaların ardından PIA-nı beynəlxalq uçuşlardanmüvəqqəti olaraq uzaqlaşdırmışdı. Avropa İttifaqı AviasiyaTəhlükəsizliyi Agentliyi (EASA), 2024-cü ilin noyabrında şirkətintəhlükəsizlik standartlarını bərpa etməsi ilə bağlı müsbətqiymətləndirmə verərək qadağanı qaldırıb.

PIA, Mançester istiqamətindəki uçuşları bərpa etdikdən sonraLondon və Birmingem istiqamətlərini də mərhələli şəkildə açmağıplanlaşdırır. Şirkət, bu addımın Amerika Birləşmiş Ştatlarınauçuşların bərpası üçün müsbət təsir göstərəcəyini və bu istiqamətdədanışıqların davam etdiyini bildirib.

Qeyd edək ki, 2020-ci ilin may ayında Kəracidə PakistanBeynəlxalq Hava Yollarına məxsus PK8303 reysinin qəzaya uğramasınəticəsində 97 nəfər həlak olmuşdu. Qəzanın araşdırılması zamanıölkədə fəaliyyət göstərən pilotların təxminən 30%-nin saxta və yadüzgün qaydada əldə edilməmiş pilot lisenziyalarına sahib olduğumüəyyən edilib.

Bu qalmaqalın ardından Avropa İttifaqı Aviasiya TəhlükəsizliyiAgentliyi (EASA) və Böyük Britaniya Mülki Aviasiya İdarəsi PakistanBeynəlxalq Hava Yollarının Avropa və Böyük Britaniyaya uçuşlarınımüddətsiz olaraq dayandırıb.

Seçilən
76
1
az.trend.az

2Mənbələr