Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turunda“Arsenal”ın qonağı olan “Atletiko” rəqibindən UEFA-ya şikayət edib.
"Football-plus.az" xəbər verir ki, İspaniya klubu matçın keçirildiyi arenada problemlə üzləşib.
“Marca” nəşrinin məlumatına görə, Madrid klubunun futbolçuları onundan bir gün əvvəl “Emireyts” stadionunda məşq edəndən sonra duşdan istifadə edə bilməyiblər. Buna səbəb isti suyun olmamasıdı. “Atletiko” problemlə bağlı stadionun işçilərinə müraciət etsə də, buna məhəl qoyulmayıb. Futbolçular Londonun mərkəzindəki otelə qayıtmağa məcbur olublar.
Xatırladaq ki, “Arsenal” – “Atletiko” matçı 4:0 hesabıyla meydan sahiblərinin xeyrinə başa çatıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta