AZ

“UniStartup” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Mingəçevir, 25 oktyabr, Vüsalə Cənnətova, AZƏRTAC

Mingəçevir Dövlət Universitetinin (MDU) ev sahibliyi ilə keçirilən “Regional Universitet-Sənaye Birliyi Sammiti 2025” tədbiri çərçivəsində “UniStartup” müsabiqəsinin yekun mərhələsi olaraq təqdim edilmiş layihələrin qiymətləndirilməsi mərhələsi keçirilib.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, müsabiqəyə Mingəçevir Dövlət Universiteti və regionun digər ali təhsil müəssisələrinin tələbə və magistrantları tərəfindən ümumilikdə 90-dək layihə təqdim edilib. Layihələr “SmartNation”, “HTEC-Invest”, Rəqəmsal İnkişaf Agentliyi və “Synergy Consulting”in ekspertləri tərəfindən qiymətləndirilib. Yekunda Gəncə şəhərindən olan “Tura” komandası I yerdə, “Agrosphera” komandası II yerdə, MDU-nun “Skydog” komandası III yerdə qərarlaşıb. Həvəsləndirici yerlərdə isə “Clinical-MDU”, “Termal ATU” və “Aqrotank-AQRAR” komandaları qərarlaşıb. Qalib komandalar pul mükafatı və hədiyyələrlə təltif ediliblər.

Seçilən
45
2
azertag.az

3Mənbələr