AZ

Ermənistanda müxalifətçinin oğlu özünü öldürüb

Ayna saytından verilən məlumata görə, ain.az xəbər verir.

Hrant Marqaryanın oğlu özünü güllələyib

Ermənistanda müxalifətçi Hrant Marqaryanın oğlu intihar edib. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, Marqaryanın oğlu İrəvanda Papazyan küçəsində özünü güllələyib.

O güllə yarası ilə xəstəxanaya aparılıb, lakin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edilir ki, Marqaryanın oğlu əvvəllər də intihara cəhd edib.

Qeyd edək ki, Marqaryan müxalif və türklərə qarşı hər zaman terroru dəstəkləyən millətçi “Daşnaksütyun” Partiyasının İdarə Heyətinin üzvüdür.

Jurnalist Qaqik Şamşyan bildirib ki, intihar etdiyi silah ona Qarabağdakı ləğv edilmiş qondarma rejimin “prezidentlərindən” biri tərəfindən verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
88
ayna.az

1Mənbələr