AZ

Fəzail Ağamalı: Oğlum qurultayın işini pozmağa çalışdı

ain.az, Bizimyol saytına istinadən bildirir.

Bu gün Ana Vətən Partiyasının bu gün keçirilən növbədənkənar qurultayında qalmaqal yaşanıb.

AVP-nin hazırkı sədri Fəzail Ağamalının qızı Günay Ağamalı və oğlu Elçin Ağamalı partiya sədri postuna iddialı olub. Günay Ağamalı və Elçin Ağamalı arasında qalmaqal yaşanıb.

Fəzail Ağamalı açıqlama verərək bildirib ki, Elçin Ağamalı qurultayın işini pozmaq istəyib və yaranmış vəziyyətdə qurultay nümayəndələri Fəzail Ağamalının növbəti qurultaya qədər sədr postunda qalmasını dəstəkləyiblər.

Qeyd edək ki, Elçin Ağamalı mediaya açıqlamasında bildirib ki, hazırda qurultayda iştirak edən 100 nəfər nümayəndə onu dəstəkləyir, ədalətli nəticə əldə etmək üçün əllərindən gələni edəcək.(apa)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
73
12
bizimyol.info

10Mənbələr