ain.az, Idman.biz portalına istinadən məlumat yayır.
“Karvan-Yevlax”ın çempionatda uğursuz çıxışı düşərgədə ab-havanı pozub.
İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, klub rəhbərliyi komandanın çıxışından narazıdır.Rəsmilər baş məşqçi Azər Həşimovla yolları ayırmaq barədə düşünür. Bəzi təcrübəli oyunçuların da Həşimovla bağlı rəhbərliyə giley-güzar etməsi prosesi sürətləndirə bilər.Yevlax klubunun başbilənləri artıq yeni mütəxəssislə danışığa başlayıb. Müzakirələr zamanı ortaq məxrəcə gəlmək mümkün olsa, “ağ-qaralar”ın “sükanı” Füzuli Məmmədova tapşırılacaq.Qeyd edək ki, Məmmədovun son iş yeri ötən yay ayrıldığı I Liqa klubu “Mingəçevir” olub. 2025-ci ilin qışında “nur şəhəri”nin təmsilçisinin baş məşqçisi təyin olunan Füzuli bəy “Mingəçevir”də uğurlu işi ilə yadda qalıb.
İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.