AZ

Qəbələdə bədii gimnastika üzrə turnir davam edir

“İdman Paytaxtı” Qəbələdə bədii gimnastika üzrə “Grace of nature” turniri davam edir.

XQ xəbər verir ki, Qəbələ Olimpiya İdman Kompleksində təşkil edilən yarışın ikinci günündə 2014, 2015 və 2016-cı il təvəllüdlü gimnastlar müxtəlif alətlər üzrə bacarıqlarını nümayiş etdirirlər.

Qeyd edək ki, turnirə oktyabrın 26-da yekun vurulacaq. Yarışda ölkəmizin müxtəlif bölgələrini təmsil edən 20 idman klubundan fərdi proqram üzrə 203 gimnast və 8 qrup hərəkətləri komandası iştirak edir.

Seçilən
40
1
xalqqazeti.az

3Mənbələr