Məşhur müğənni Nura Suri paylaşımı ilə diqqət çəkib.
"Cebheinfo.az" xəbər verir ki, sənətçi "Facebook" hesabında bəzi insanları təndiq edib.
O, paylaşımında bunları yazıb:
"Bir çox hallarda vaxtilə çirkabda gördüyünüz, əl uzadıb oradan çıxardığınız insanlar sizdən danışıq və hərəkətlərinizi, geyim tərzinizi kopyalayaraq, sizin dostlarınız və əlaqələrinizdən istifadə edərək, enerjinizdən qidalanaraq uğur əldə edən kimi üz çevirdikləri ilk insan siz olursunuz".
Nura Surinin sözlərinə görə, onlar əslində naşükür yox, kompleksli insanlardır:
"Getdikcə sizə qarşı yaranan nifrətin səbəbi onların özlərinin “ən yaxşı versiyası” obrazına girdikdən sonra yeni insanların onları fərqli tanımasıdır. Siz isə onlara onların keçmişini xatırladırsınız. Şüurlu və ya şüuraltı şəkildə sizə qarşı aqressiyanın səbəbi də məhz budur. Sizi onları çirkabda gördüyünüz üçün heç vaxt bağışlaya bilmirlər".