AZ

“FİFA əsl mafiyadır”

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) sabiq prezidenti Mişel Platini Beynəlxalq Futbol Federasiyasını (FİFA) “mafiyaya” bənzədib.

90deqiqe.Az xəbər verir ki, “Il Dubbio” nəşri sabiq funksionerin dediklərini belə çatdırıb.

“Bu, (FİFA) əsl mafiyadır, əgər hər şey eyni insanların əlindədirsə. Onlar məni məhv etmək istədilər, amma bacarmadılar. Futbol nə FİFA-ya, nə də UEFA-ya məxsusdur — o, insanlara məxsusdur”

Qeyd edək ki, fransalı funksioner 2007–2015-ci illərdə UEFA-ya rəhbərlik edib. Lakin FİFA-nın Etika Komitəsi onu korrupsiya ittihamları səbəbindən səkkiz il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırmışdı.

2022-ci ildə Mişel Platini İsveçrə məhkəməsi tərəfindən dələduzluq və vəzifədən sui-istifadə ittihamlarından bəraət alıb.

Seçilən
45
90deqiqe.az

1Mənbələr