AZ

Bu ilin doqquz ayı ərzində Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsi artıb

Bakı. Trend:

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanla Gürcüstanarasında ticarə əməliyyatlarının həcmi 624 milyon ABŞ dollarıtəşkil edib.

Trend bu barədəAzərbaycanın Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrününgöstəriciləri ilə müqayisədə 51,7 milyon ABŞ dolları və ya 9 faizçoxdur.

Bu il Azərbaycandan Gürcüstana ümumilikdə 495,5 milyon ABŞdolları dəyərində məhsul ixrac olunub. Bu isə ötən ilin analojidövrü ilə müqayisədə 9,9 milyon ABŞ dolları və ya 2 faizçoxdur.

Eyni zamanda 2025-ci ilin yanvar-sentyabr aylarında GürcüstandanAzərbaycana ümumilikdə 128,5 milyon ABŞ dolları dəyərində idxaləməliyyatları həyata keçirilib ki, bu da ötən ilin eyni dövrü iləmüqayisə olunduqda 42,8 milyon dollar və ya 49,9 faiz çoxdur.

Qeyd etmək lazımdır ki, 2025-ci ilin ilk doqquz ayı ərzindəAzərbaycan xarici ölkələrlə ümumilikdə 35,375 milyard ABŞ dollarıhəcmində ticarət əməliyyatları həyata keçirib. Bu, ötən ilin eynidövrü ilə müqayisədə 877 milyon ABŞ dolları və ya 2,5 faizçoxdur.

Xarici ticarət dövriyyəsinin ümumi həcmi ixrac üzrə 18,606milyard ABŞ dolları, idxal üzrə isə 16,769 milyard ABŞ dollarıtəşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac 1,248milyard dollar (yaxud 6,3 faiz) azalıb, idxal isə 2,126 milyarddollar (yaxud 14,5 faiz) artıb. Nəticədə xarici ticarətəməliyyatlarında 1,837 milyard ABŞ dolları məbləğində müsbət saldoyaranıb. Bu göstərici illik müqayisədə 3,374 milyard dollar və ya2,8 dəfə azdır.

Məqalədə:
Seçilən
45
1
az.trend.az

1Mənbələr